ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı 2 sentyabrda iddia edilən Venesuela narkotik gəmisinə ikinci hücum əmri verib. Ağ Ev bildirir ki, əməliyyat qanun çərçivəsində həyata keçirilib.

Hücumdan sağ qalan iki nəfərin öldürülməsi xəbərləri ABŞ qanunvericiləri arasında narahatlıq yaradıb. Senat və Nümayəndələr Palatası hadisəni araşdırmaq üçün komitələrini işə salıb.
Beynəlxalq hüquq ekspertləri ikinci zərbənin qanuni olub-olmadığı barədə suallar qaldırır. Cenevrə Konvensiyalarına görə yaralı və döyüş qabiliyyəti olmayan şəxslər hədəf olmamalıdır.
Venesuela hökuməti ABŞ-ni gərginlik yaratmaqda ittiham edir. Prezident Maduro ABŞ-dən istefa tələblərini rədd edib. ABŞ rəsmiləri onun narkotik təşkilatına aid olduğunu iddia edir, Maduro isə bu iddiaları rədd edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
