Bu gün:

Galaxy Buds 4 sızdırılmış görüntülərdə ortaya çıxıb


Samsung-un gələn ilin əvvəlində Galaxy S26 smartfonları ilə birlikdə yeni qulaqlıq modellərini təqdim edəcəyi gözlənilir. Bu vaxta qədər Galaxy Buds 4 və Buds 4 Pro dizaynını göstərən bir neçə ikon görmüşdük, lakin indi daha ətraflı görüntülər ortaya çıxıb.

 

Hər iki model — Galaxy Buds 4 və Buds 4 Pro — əvvəlki Buds 3 və Buds 3 Pro modellərindəki üçbucaq formalı saplar əvəzinə düz saplı yeni dizayna sahib ola bilər. 

Qulaqlıqların ümumi dizaynı oxşar olacaq yan tərəfdə böyük metal qəfəs, Pro versiyada isə əvvəlki nəsildə olduğu kimi silikon ucluqlar yer alacaq. Sızdırılan məlumatlara əsasən, qulaqlıqların həm qara, həm də ağ rəngdə təqdim olunacağı, saplarının isə fırçalanmış metal effekti ilə hazırlanacağı gözlənilir.

Samsung-un şarj qutusunu da yeniləyəcəyi bildirilir. Qutuda USB-C portu və qoşulu telefonu iki kliklə səs verdirə bilən düymə olacaq.

Galaxy Buds 4 modelinin baş hərəkətlərini tanıma, 360 audio, yəni 3D məkan effekti ilə eşitmə imkanı, adaptiv səs yoxlanması, telefonun yerini tapma və sürətli qoşulma kimi funksiyaları dəstəkləyəcəyi ehtimal olunur.

Buds 3 isə tamamilə sıradan görünürdü. Buna görə Samsung-un daha cəsarətli və özünəməxsus dizayna keçməsi sevindirici haldır. Yeni model artıq AirPods-a bənzəməkdən çox “Galaxy” kimliyini daşıyır. 

Mənbə: PhoneArena

Tərcümə etdi: Nərmin Məmmədzadə



Paylaş
Şərh əlavə et