Qlobal maliyyə bazarlarında yaşanan qeyri-stabil vəziyyət bu gün kriptovalyuta sektoruna da təsir göstərib. 
İnvestorların riskli aktivlərdən uzaqlaşması nəticəsində bitcoin-in qiymətində nəzərəçarpan azalma qeydə alınıb.
Maliyyə mütəxəssislərinin bildirdiyinə görə, enişin əsas səbəbi ABŞ, Asiya və Avropa bazarlarında gələcək faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlikdir. Dövlət istiqrazlarının rentabelliyindəki artım investorların vəsaitlərini daha təhlükəsiz aktivlərə yönəltməsinə səbəb olub. Bu proses nəticəsində kriptovalyutalarda satış təzyiqi güclənib.
Bundan başqa, qlobal iqtisadi gözləntilərin zəifləməsi, mərkəzi bankların mümkün sərtləşdirmə addımları və bazar psixologiyasındakı ehtiyatlılıq bitcoin-in qısamüddətli perspektivdə də dalğalı hərəkətini şərtləndirir.
Analitiklərin fikrincə, vəziyyət yaxın günlərdə də dəyişməyə bilər. Onlar hesab edirlər ki, faiz siyasəti və makroiqtisadi göstəricilərdə aydınlıq yaranmadan kriptovalyuta bazarında ciddi yüksəlişin gözlənilməsi real görünmür.
Mənbə: Reuters.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
