Bu gün:

Dniproya hücum müharibə diplomatiyasını çətinləşdirib


Rusiya tərəfindən Dnipro şəhərinə atılan raket nəticəsində dörd nəfər həlak olub, onlarla insan yaralanıb. Partlayışın ballistik raketlə həyata keçirildiyi ehtimal olunub. Zərbə ofis binalarını, avtomobilləri və mağazaları dağıdıb.

Hücum ABŞ nümayəndəsi Stiv Vitkofun Moskvada Vladimir Putinlə sülh danışıqları aparmaq üçün etdiyi səfərin ərəfəsində baş verib. Vitkof bu il bir neçə dəfə Putinlə görüşüb, lakin Kiyevə heç vaxt getməyib.


Bundan əvvəl Ukrayna nümayəndə heyəti Vitkof, ABŞ Dövlət katibi Marko Rubio və Cerad Kuşnerlə Floridada görüşüb. Zelenski danışıqları konstruktiv adlandırıb, lakin bir çox çətin məqamların həll olunmadığını bildirib.


Sülh diplomatiyasına baxmayaraq, Moskva və Kiyev arasında ciddi fikir ayrılıqları qalmaqda davam edib. Rusiya Ukraynanın Donbasın nəzarətdə saxlanılan hissəsindən geri çəkilməsini tələb edib, ancaq Kiyev tərəfi bunu qəbul etməyəcəyini vurğulayıb.


Eyni zamanda Zelenski Avropanın dəstəyini gücləndirmək üçün Parisə səfər edib və görüşlərində müharibənin bitirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et