Bu gün:

Putin vizasız rejimlə bağlı fərman imzalayıb


Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya 30 günə qədər vizasız səyahət etməsinə icazə verən fərman imzalayıb. Bu fərman 14 sentyabr 2026-cı il tarixinə qədər qüvvədə olacaq.

Putin tərəfindən təsdiqlənən fərman ölkənin hüquqi informasiya sistemində dərc edilib. Qeyd edək ki, Çin də bu il Rusiya vətəndaşları üçün viza tələbini ləğv edib.

Rusiya tur şirkətləri Çinin viza təşəbbüsündən sonra ölkəyə uçuş bileti tələblərinin 30% artdığını bildiriblər.

Mənbə: CNN türk

Tərcümə etdi: Aygül Alıyeva


Paylaş
Şərh əlavə et