Bu gün:

Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib


ABŞ Prezidenti Donald Tramp 4 ildir davam edən Ukraynadakı müharibənin sona çatması üçün aparılan sülh danışıqlarının yaxşı getdiyini bildirib və bir razılaşmaya nail olma şanslarının yüksək olduğuna inandığını söyləyib. Tramp deyib: “Ukraynanın bəzi çətin və kiçik problemləri var. Bizim də çətin problemlərimiz var, amma məncə Rusiya bu müharibənin bitməsini istəyir”.

ABŞ Prezidenti Donald Tramp həftəsonu istirahətini keçirdiyi Floridadan geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında dünən Florida ştatında keçirilən sülh planı danışıqlarının yaxşı keçdiyini bildirərək belə deyib: “Ukraynanın bəzi çətin və kiçik problemləri var. Bizim də çətin problemlərimiz var, amma məncə Rusiya bu müharibənin bitməsini istəyir”.

Tramp qeyd edib ki, Ukrayna müharibəsində ötən ay çoxlu insan həlak olub və onlar bu itkilərin qarşısını almağa çalışırlar. Barış planı ilə bağlı isə belə deyib: “Bir razılaşmaya nail olmaq şansımızın yüksək olduğunu düşünürük".

Mənbə: haberler.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et