Bu gün:

AI detektorlarının etibarlılığı sual altında


Süni intellekt detektoru 1776-cı il ABŞ Müstəqillik Bəyannaməsini “süni intellekt tərəfindən yazılmış” kimi qiymətləndirib. Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bunun texnologiyanın bəzən lazım olandan artıq irəli getdiyini göstərdiyini bildiriblər.

Bir Reddit istifadəçisi bəyannamənin orijinal mətnini analiz alətinə yükləyib və detektor mətnin 99,99% süni intellekt izi daşıdığını iddia edib. Mütəxəssislərin açıqlamasına əsasən, bu alətlər cümlə quruluşu, təkrarlanma və dilin qəlibliliyinə əsaslanır. Lakin 18-ci əsr ingiliscəsinin rəsmi və təmtəraqlı üslubu sistemlər tərəfindən  “süni dil” kimi qəbul olunub. Mütəxəssislər vurğulayıblar ki, süni intellekt dedektorları yardımçı vasitə ola bilər, lakin qəti sübut kimi qəbul edilməməlidir. Hadisə xüsusilə təhsil və media sahələrində insan dəyərləndirməsinin hələ də əsas rol oynadığını göstərib. Nəticədə, alqoritmlərin verdiyi hər cavaba güvənmək olmaz, xüsusilə də əsrlər öncə yazılmış sənədlərin “süni intellekt işi” kimi təqdim edilən bir vaxtda.

Mənbə: Nuvemmag.com
Tərcümə etdi: Fidan Mənsimova

 

Paylaş
Şərh əlavə et