Bu gün:

Dünyanın ən məşhur qalereyaları Mayamidə


Bu gün dünyanın ən nüfuzlu incəsənət tədbirlərindən biri sayılan "Art Basel Miami Beach 2025" öz açıq elan olunub. Yarmarka müasir incəsənət, rəqəmsal sənət əsərləri və qlobal sənət trendlərini bir araya gətirərək, həm kolleksiyaçılar, həm kuratorlar, həm də sənətsevərlər üçün böyük maraq doğurur.

Bu il sərgidə 30-dan çox ölkədən 250-dən artıq qalereya iştirak edir. Tədbirdə həm məşhur rəssamların əsərləri, həm də yüksələn gənc sənətçilərin işləri təqdim olunur. Yarmarka çərçivəsində "Meridians", "Positions" və "Nova" kimi xüsusi bölmələr də fəaliyyət göstərir. Hər bir bölmə özünəməxsus konseptlə seçilir və müxtəlif sənət formatlarını nümayiş etdirir.

Tədbir çərçivəsində "Miami Beach Convention Center" ətrafında geniş ictimai proqramlar, açıq hava instalyasiyaları və canlı performanslar təşkil edilib. Rəqəmsal incəsənət üzrə yeni media layihələri isə bu ilin əsas diqqət mərkəzindədir.

İncəsənət ekspertləri bildirirlər ki, "Art Basel Miami Beach 2025" həm satış həcminə, həm də təqdim olunan əsərlərin yenilikçi xarakterinə görə son illərin ən güclü buraxılışlarından biri hesab olunur.

Tədbir 7 dekabr 2025-dək davam edəcək.

Mənbə: Vogue
Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et