Bu gün:

İnsan yuyan maşın hazırdır


Yapon texnologiya şirkəti tərəfindən hazırlanan "insan yuyan maşın" satışa çıxarılıb. Musiqinin müşayiəti ilə bədəninizi "təmizləyə" bilən cihaz məhdud sayda- 50 ədəd istehsal olunacaq və təxminən 16 milyon lirəyə başa gələcək.



Oktyabr ayında Yaponiyanın Osaka şəhərində keçirilən və təxminən 27 milyon iştirakçının iştirak etdiyi Ümumdünya Sərgisində uzun cizgilər çəkən və ziyarətçiləri heyrətləndirən "insan yuyan maşını" satışa çıxarılıb. Yaponiyanın “Science” texnoloji firması tərəfindən hazırlanmış bu cihaz istifadəçilərə paltaryuyan maşın kimi əllərini bir kapsula daxil etməyə və təmizlənməyə imkan verir. Şirkətin sözçüsü Sachiko Maekura tərəfindən "təkcə bədəni deyil, həm də ruhu təmizləyən" kimi təsvir edilən cihaz yuyarkən musiqi ifa edir və istifadəçinin ürək döyüntüsü də daxil olmaqla əsas sağlamlıq məlumatlarını izləyir.


Başlanğıcda prototip olaraq dizayn edilən cihazın kommersiyalaşdırılmasına ABŞ-də yerləşən tətil icarəsi şirkəti prototipin kommersiyalaşdırıla biləcəyini müəyyən etmək üçün şirkətlə əlaqə saxladıqdan sonra qərar verilib. İnsan yuyan maşını ilk alan Osakadakı bir otel olub. Yapon mediası xəbər verir ki, pərakəndə satış qiyməti 60 milyon yen (təxminən 16 milyon türk lirəsi) olan maşnın cəmi 50 ədəd istehsal ediləcəyi gözlənilir.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova




Paylaş
Şərh əlavə et