Bu gün:

“Heyvanlara qarşı zorakılıq cəmiyyətin ən böyük mənəvi problemlərindən biridir”


Cəmiyyətdə heyvanlara qarşı zorakılıq halları hələ də ciddi narahatlıq doğurur. Xüsusilə sosial şəbəkələrdə yayılan görüntülər bu məsələyə qarşı həssaslığın artmasına baxmayaraq, vəhşilik hallarının davam etməsi ictimai qınağı gücləndirir. Baytar həkim Humay Zeynalova məsələ ilə bağlı düşüncələrini 24.media.az-a danışıb. 

“Heyvanlara qarşı zorakılıq cəmiyyətdə empati çatışmazlığı, emosional savadsızlıq, travmatik təcrübələr və nəzarətsiz aqresiyanın əlamətləri ola bilər. Əgər bunun qarşısı alınmazsa və uzun müddət davam edərsə, insanlarda duyğu hisslərinin zəifləməsinə, vicdan əzabının itirilməsinə və sosial həyatlarındakı münasibətlərinə də təsir edə bilər”– deyə Humay xanım bildirib.

Baytar həkim heyvanlara qarşı zorakılığa şahid olan uşaqların və yeniyetmələrin gələcək davranışlarında hansı risklər yarana biləcəyi barədə də məlumat verib:

“Heyvanlara qarşı zorakılığa şahid olmuş uşaqlarda empatiya hissi zəifləyə, aqresiv davranışlar formalaşa və psixoloji travmalar yarana bilər. Bunun qarşısını almaq üçün hər hansı bir psixoloji seans və yaxud ailə-məktəb əməkdaşlığı vacibdir”. 

Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et