Şanlıurfanın Haliliye rayonunda yerləşən məhkəmə binasının zirzəmisindəki ədliyyə əmanət anbarında partlayış baş verib. Hadisə yerinə çox sayda qüvvə cəlb edilib. Partlayış zamanı bir məhkəmə əməkdaşı yaralanıb.
İlkin məlumat əsasında ünvana yanğınsöndürənlər, polis və tibbi yardım əməkdaşları cəlb edilib. Yanğınsöndürənlər yanğını qısa müddətdə nəzarət altına alıb, bina isə təxliyə edilib. Yaralanan bir məhkəmə əməkdaşı hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Adı öyrənilməyən yaralının vəziyyətinin yaxşı olduğu bildirilib. Polis əməkdaşları hadisə yerində geniş ərazidə baryer quraraq təhlükəsizliyi təmin ediblər. Hadisənin başvermə səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.
Məhkəmə binasındakı partlayışla bağlı son məlumatları bölüşən Ədliyyə naziri Yılmaz Tunç bildirib: “Partlayış əmanət anbarında baş verib, bir zabit katibi yaralanıb”.
Mənbə: haberler.com
Tərcümə etdi: Turqut Ansari
