İmtahan stressi: Onun təsirini anlamaq və öhdəsindən gəlmək yolları
İmtahanlar bəzən həddindən artıq görünən stress dalğasını artıran qorxulu bir təcrübəyə çevrilə bilər. Məlumdur ki, müəyyən qədər stress bizi motivasiya edib, daha yaxşı nəticələr əldə etməyə kömək edir. Lakin təzyiq normanı aşdıqda, onunla sağlam şəkildə mübarizə aparmaq çox vacibdir.

Gənclərdə imtahan stressi
Gənclər imtahan müddəti boyunca yalnız imtahan günü deyil, həm də hazırlıq və nəticə mərhələsində ciddi stress yaşayırlar. Bu stressin mənbələrini və təsirini başa düşmək, düzgün mübarizə aparmağın ilk addımıdır.
İmtahan stressinin səbəbləri
Stress adətən aşağıdakı amillərdən qaynaqlanır:
• Hazırlıq çatışmazlığı;
• Naməlumluq qorxusu;
• Yüksək gözləntilər (özündən və ya ətrafdan);
• Başqaları ilə müqayisə;
• Gələcəklə bağlı narahatlıq;
• Şəxsi problemlər;
• Həyatdakı dəyişikliklər.
Unutmayın ki, stress çox fərdidir və hər kəs onu fərqli yaşayır.
Stressin təsirləri
İmtahan stressi həm emosional, həm də fiziki olaraq hiss edir.
Yayğın əlamətlər:
• Narahatlıq, gərginlik;
• Baş ağrıları;
• Yuxu və iştah dəyişikliyi;
• Konsentrasiya çətinliyi;
• Davranışda aqressiya və ya çəkilmə.
“Hamıya uyğun tək həll yolu yoxdur” — bu səbəbdən özünüz üçün işləyən strategiyaları tapmaq vacibdir.
İmtahan stressindən qorunma strategiyaları
1. Sakitlik yaradın: Nəfəs almağı unutmayın.
İmtahan hazırlığında bəzən ən sadə şeyi — dərin nəfəs almağı belə unuduruq.
Zehinlilik, meditasiya və nəfəs məşqləri:
• stresi azaldır,
• fokuslanmanı artırır,
• düşüncəni aydınlaşdırır.
2. Bədəninizə yaxşı baxın
Bədəniniz sizin əsas “imtahan maşınınızdır”.
Ona görə də:
• 8–9 saat keyfiyyətli yuxu;
• balanslı qidalanma;
• gündə ən azı 30 dəqiqə fiziki aktivlik
performansınızı kəskin şəkildə artırır.
3. Real məqsədlər müəyyən edin.
Öz imkanlarınıza və vaxtınıza uyğun məqsədlər qoyun.
Tükənmənin qarşısını almaq üçün:
• mövzuları bölün,
• gündəlik plan yaradın,
• vaxtınızı ağıllı paylaşdırın.
4. Tək getməyin: Birlikdə öyrənin
Qrupda öyrənmək təkcə qeydləri paylaşmaq deyil.
Bu:
• emosional dəstək;
• daha yaxşı yadda qalma;
• motivasiya deməkdir.
5. Panikaya qalib gəlin.
Əgər imtahan zamanı panika yaranarsa:
• 6 dərin nəfəs alın;
• su için;
• sualı hissələrə bölün.
Özünüzə xatırladın: tələsməyə ehtiyac yoxdur, hər problemin həlli var.
6. Özünüzə inanın
İmtahan ərəfəsində özünə inam tez itir.
Mənfi fikirləri belə əvəz edin:
• müsbət təsdiqlərlə;
• gördüyünüz işi dəyərləndirməklə;
• irəliləyişinizə fokuslanmaqla.
7. Dəstək istəməkdən çəkinməyin
Stressi təkbaşına daşımaq çətindir.
Dostlar, ailə, müəllimlər — hamı kömək üçün var.
Peşəkar dəstək də güc əlamətidir, zəiflik deyil.
İmtahan dövrləri üzrə məsləhətlər
İmtahandan əvvəl:
• Zövq aldığınız fəaliyyətlərə vaxt ayırın;
• Hisslərinizi başqaları ilə bölüşün;
• Fasilələrlə oxuyun;
• Sağlam qidalanma və yuxuya önəm verin.
Hazırlıq prosesində:
• Öz üslubunuza uyğun tədris cədvəli yaradın;
• Sakit və diqqət yönəldən mühit seçin;
• Qrup dərnəklərinə qoşulun;
• Hər mövzuya uyğun düzgün təkrarlama metodları seçin.
İmtahan günü:
• Lazımi əşyaları gecədən hazırlayın;
• Pozitiv şəkildə günə başlayın;
• Əvvəlcə nəfəs məşqləri edin;
• Vaxtınızı düzgün bölün;
• Özünüzə xatırladın: bu an keçəcək.
İmtahandan sonra:
• Cavabları başqaları ilə müqayisə etməyin;
• Özünüzü mükafatlandırın;
• Növbəti addımlara fokuslanın;
• Qısa istirahət verin.
Müsbət düşüncə tərzinin formalaşdırılması
Hazırlıq prosesi boyunca:
• Mövzuları bir-bir həll edin;
• Yardım istəməkdən çəkinməyin;
• Sevdiyiniz fəaliyyətlərlə balans yaradın (idman, istirahət, qidalanma).
Unutmayın: Siz imtahan nəticələri ilə deyil, inkişafınız, səyləriniz və möhkəmliyinizlə müəyyən olunursunuz.
İmtahan stressi normaldır, hər kəs yaşayır.
Əlamətləri vaxtında tanımaq və uyğun strategiyalar tətbiq etmək isə sizi həm akademik uğura, həm də ruh sağlamlığına aparır.
Siz bacarıqlısınız, dözümlüsünüz və öhdəsindən gələ bilirsiniz!
https://www.harrowhongkong.hk/his/exam-stress-understanding-its-impact-and-ways-to-cope-with-it/
Mənbə: Harrowhongkong
Tərcümə edən: Aişə Əlizadə
