Bu gün:

Rusiyalı yaxtaçılar yüzlərlə vyetnamlını xilas etdiblər


Nha Trangda istirahət edən bir qrup rusiyalı yaxtaçı daşqından zərər çəkmiş yerli sakinlərə yardım edib. Onlar iki katamaranın köməyi ilə təxminən 40 nəfəri təxliyə ediblər.

Əvvəlcə ruslar daşqından yerli sakinlərin evlərinə sığınıb, sonra insanları təxliyə etməyə başlayıblar. Daha sonra onlara başqa rus turistlər də qoşulub. Onlar birlikdə humanitar yardım toplama məntəqələri yaradıblar.

Daha əvvəl bildirilib ki, Taylandın Hat Yai şəhərində güclü daşqın səbəbindən genişmiqyaslı təxliyə əməliyyatı aparılıb. Şəhərdə suyun səviyyəsi 1,5-3 metrə çatıb. Təxliyə yerli administrasiyanın göstərişi ilə başlayıb. Mütəxəssis və xüsusi texnika çatışmazlığı səbəbindən xilasetmə işləri çətinləşib, ona görə də hərbi hissələr əməliyyata qoşulub.

Bundan əvvəl Taylandın cənubundakı Sonqxla əyalətində güclü daşqınlar səbəbindən 400-dən çox turist otellərini tərk etmək məcburiyyətində qalıb. Səlahiyyətlilər 17 oteldən 402 turisti Hat Yaidəki sığınacaqlara köçürüb, qalanları isə şəhər avtovağzalında yerləşdirilib. Malayziyalı turistlər Sada sərhəd keçid məntəqəsinə aparılıb.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et