Bu gün:

Harlem Studio Muzeyi yenidən ziyarətçilərin ixtiyarına verilib


Nyu-Yorkun Harlem rayonunda yerləşən Studio Museum altı illik yenidənqurma işlərindən sonra bu gün rəsmi şəkildə fəaliyyətə başlayıb. Muzey məşhur memar David Adjaye tərəfindən dizayn olunan yeni yeddi mərtəbəli binada yerləşir.

Yeni məkan əvvəlkindən daha genişdir, sərgilər, icma proqramları və sənət tədbirləri üçün xüsusi zonalarla təchiz edilib. Binanın damında kiçik bağ sahəsi də yaradılıb ki, bu da muzeyə əlavə ictimai məkan funksiyası qazandırır.

Açılış çərçivəsində "From Now: A Collection in Context" adlı sərgi təqdim olunur. Burada afro-diasporadan olan sənətkarların - Lorraine O'Grady, Barbara Chase-Riboud, Deborah Roberts və digər yaradıcıların əsərləri nümayiş olunur.

Studio Museum-un yenidən açılması Afroamerikalı sənətkarların incəsənətdəki rolunun və Harlem mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm hadisə hesab olunur.

Mənbə:https://www.washingtonpost.com/

Tərcümə etdi :Zəhra Məlikova

Paylaş
Şərh əlavə et