Bu gün:

Zelenski ABŞ-yə səfər edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampla "sülh planı"nı müzakirə etmək üçün ABŞ-yə səfər edəcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.

Umerov sosial mediada paylaşım edərək yüksək səviyyəli Ukrayna və ABŞ rəsmilərinin İsveçrənin Cenevrə şəhərində "sülh planı" ilə bağlı məhsuldar və konstruktiv müzakirələr apardıqlarını açıqlayıb.

Umerov ABŞ Prezidenti Trampın müharibəyə son qoymaq üçün qətiyyətli səylərinə görə minnətdarlığını vurğulayaraq deyib: "Cenevrə danışıqlarında razılaşmanın əsas şərtləri ilə bağlı ortaq bir anlaşma əldə edilib. İndi növbəti addımlarda Avropa tərəfdaşlarımızın dəstəyinə güvənirik. Trampla son addımları atmaq və razılığa gəlmək üçün Zelenskinin bu ayın ən qısa zamanda ABŞ-yə səfərini səbirsizliklə gözləyirik".


Mənbə: CNN türk

Tərcümə etdi: Aygül Alıyeva

https://www.cnnturk.com/dunya/zelenski-bu-ay-abdye-gidecek-2364204

Paylaş
Şərh əlavə et