Bu gün:

Valeri Karpin Moskvanın "Dinamo" komandasından ayrılmaq qərarını açıqlayıb


Rusiya millisinin baş məşqçisi Valeri Karpin “Dinamo”-dan ayrılması ilə bağlı təfərrüatları dilə gətirib. “Rossiya 24” telekanalında çıxış edən Valeri Karpin bildirib ki, Moskva “Dinamo”sunun oyunlarının nəticələri onun komandanın baş məşqçisi postunu tərk etmək qərarına təsir edib.

"Bu fikir milli komandanın noyabrdakı toplanışından əvvəl, "Akron"la oyundan sonra ağlıma gəldi və, nəhayət, formalaşdı. Təlim-məşq toplanışı zamanı bu barədə düşünməməyə çalışdım, lakin Çili ilə oyundan sonra bunu düşünüb qərar vermək üçün bir gün iki gecə vaxt sərf etdim", - o qeyd edib.

Noyabrın 17-də Karpin Rusiya millisini beynəlxalq mərhələyə qayıtmağa hazırlamaq üçün Moskvanın "Dinamo"-sundan ayrıldığını elan edib. Müqaviləyə əsasən, məşqçi 2028-ci ilin yayına kimi qalan maaşının 50%-ni almaq hüququna malikdir. 3,1 milyon avroya (təxminən 294,5 milyon rubl) ekvivalent olan məbləğ vaxtından əvvəl xitam üçün cərimə kimi nəzərdə tutulub, lakin Karpin bu ödənişdən imtina etmək qərarına gəlib.

Rolan Qusev baş məşqçi əvəzinə təyin edilib.


Mənbə: Газета.Ru

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et