Bu gün:

Cənubi Koreya ilə nüvə əməkdaşlığı


Prezident Rəcəb Tayyib Ərdoğan dünən Beştəpədə Cənubi Koreya Prezidenti Li Jae-Myunq ilə görüşüb.



Görüşdən sonra Ərdoğan mətbuat konfransında qısaca bunları deyib: "Bu səfərlə Türkiyə ilə Cənubi Koreya arasında əlaqələri daha da gücləndirdiyimizə inanıram. Koreyalıların da bizim kimi Türkiyəni qardaş ölkə hesab etməsi bizi sevindirir. Bildiyiniz kimi Koreya müharibəsi zamanı eyni cəbhədə çiyin-çiyinə vuruşmuşuq, qan qardaşı olmuşuq. Dəyərli dostumla ikitərəfli əlaqələrimizi hərtərəfli müzakirə etdik. Ticarət və turizmdən tutmuş enerji və müdafiə sənayesinə qədər bir çox sahələrdə Asiya-Sakit Okean regionunda ikinci ən böyük ticarət tərəfdaşımız olan Cənubi Koreya ilə 15 milyard dollarlıq ticarət həcmi hədəfimizə çatmağa çox yaxınıq.


Bir daha bildirirəm ki, ölkəmizə sərmayə qoyacaq, istehsal edəcək, iş yerləri açacaq Koreya şirkətlərinə hər cür dəstəyi verəcəyik. Biz, həmçinin strateji tərəfdaşımız Cənubi Koreya ilə əhəmiyyətli müdafiə sənayesi layihələri həyata keçirmişik. Altay tank layihəmiz bunun ən uğurlu nümunələrindən biridir. Bundan başqa, AES-in yaradılması ilə bağlı müvafiq qurumlarımız arasında müzakirələr aparılır. Bu yaxınlarda Koreya Elektrik Şirkəti ilə Türkiyənin Nüvə Enerjisi Korporasiyası arasında imzalanmış anlaşma memorandumunu irəliyə doğru atılmış mühüm addım hesab edirəm".


Səfərdə olan prezident, həmçinin “Ümid edirəm ki, Cənubi Koreyanın qabaqcıl nüvə texnologiyası və yüksək təhlükəsiz əməliyyat tutumu Türkiyənin nüvə enerjisinin inkişaf prosesinə konkret töhfələr verəcək”-,deyib.


Mənbə: Hürriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et