ABŞ və Ukrayna rəsmiləri Cenevrədə yeni sülh planı üzərində danışıqlar aparıblar. Başlanğıcda ABŞ tərəfindən təklif olunan plan Rusiya tələblərinə yaxın olduğundan Ukrayna buna qarşı çıxıb.

Yeni plan Avropalıların təklif etdiyi dəyişiklikləri əhatə edib. NATO üzvlüyü veto və əsgər sayı ilə bağlı məhdudiyyətlər götürülüb. Ukrayna işğal olunmuş əraziləri yalnız diplomatik yollarla geri qaytarmağı hədəfləyib.
Hərbi cinayətlər üçün tam əfv planı sənəddən çıxarılıb, təhlükəsizlik zəmanətləri isə əsas müzakirə mövzusu olub. ABŞ və Britaniya rəsmiləri Ukraynaya "Maddə 5" tipli müdafiə təminatı veriləcəyini açıqlayıb.
Razılaşma hazırda imzalanmayıb, ancaq Ukrayna üçün daha uyğun olduğu bildirilir. Danışıqlar nəticəsində yeni dinamika yaranıb və tərəflər sülh üçün addımlar atmaqda maraqlı olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
