Bu gün:

“Bəzi ərazilərdə suyun fasilə ilə verilməsinin iki səbəbi var”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdır. O, Azərbaycanda hansı ərazilərə bu ilin sonuna kimi suyun çəkilişinin tamamlanacağı və nə üçün bəzi ərazilərə suyun fasilə ilə verildiyi barəsində danışıb.

-Azərbaycanda hansı ərazilərə bu ilin sonuna kimi suyun çəkilişinin tamamlanması nəzərdə tutulur və bəzi ərazilərə suyun fasilə ilə verilməsi nə ilə bağlıdır?

-Bu ilin sonuna qədər biz Tovuz və Qazax rayonunun bir neçə kəndlərində su layihəsini yekunlaşdıracayıq. Eyni zamanda, Neftçala şəhərinin su təchizatı sistemlərinin yenidənqurması layihəsi yekunlaşacaq. Bundan əlavə, bizim Balakəndə, Mingəçevirdə, Qaxda, ümumiyyətlə, Şirvanda, Salyan şəhərlərində bizim kanalizasiya layihələrimiz davam edir. Və bu işlərimiz, eyni zamanda, Bakı şəhərinin ətraf qəsəbələrinin bəzi ərazilərində də davam edir. Qeyd etmək istəyirəm ki, ən son məlumat görə "Azərsu" Açıq səhmdar cəmiyyəti xidmət göstərdiyi abonentlərin təxminən 82%-ni fasiləsiz rejimdə içməli su ilə təmin edir. Düzdür, yay aylarında bu rəqəm azalır, çünki suya tələbatın artdığı və su ehtiyatın zəif olduğu bir dövrdə biz fasiləsiz su alan bəzi əraziləri fasiləli rejimə keçirdirik, amma artıq payız, qış mövsümündə fasiləsiz rejimləri bərba edirik. Bəzi ərazilərdə suyun fasilə ilə verilməsinin iki səbəbi var. Biri texniki imkanların məhdud olmasıdır, yəni həmin ərazilərdə kifayət qədər su olsa da, xətlərin tam yenilənməsi tələb olunur, dik dayaqların, zirzəmiyə keçən xətlərin, yeni anbarların da tikintisi tələb olunur ki həmin ərazilərdə artıq bizim texniki imkanlarımız 24 saat su təchizatını aparmağa imkan verir. Amma bəzi ərazilərdə  anbar da var, xətt də var, lakin həmin ərazilərdə kifayət qədər su həcmləri olmadığından həmin ərazilərə biz 24 saat su verə bilmirik, fasiləli rejimdən su veririk. Bu, əsasən, şəhərin şərq hissəsini, yəni Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonunun bəzi kənd və qəsəbə ərazilərini əhatə edir. Və yaxud da şəbəkələr vətəndaşlar tərəfindən fərdi qaydada qurulmuş şəbəkələrdir və həmin şəbəkələrlə 24 saatlıq su təchizatını aparmaq mümkün olmur deyə həmin ərazilərə fasiləli su veririk. Artıq biz Ceyranbatandan Qala istiqamətinə yeni magistral su kəməri çəkilir. Qeyd etmək istəyirəm ki, buna qədər bir xətt Sovet dövründə Ceyranbatan-Mastağa xətti, bir xətt də 2013-cü ildə Ceyranbatan-Zirə xətti istifadəyə verilmişdir. İndi şəhərin şərq hissəsində olan abonentlərimizin su təchizatının fasiləsizliyini təmin etmək üçün həmin istiqamətdə yeni anbarların və Ceyranbatandan Qala istiqamətinə magistral su kəmərinin çəkilməsi işləri ilə bağlı layihələr təsdiqlənibdir. Artıq Balaxanıda anbarlar tikilir və növbəti mərhələdə isə Ceyranbatandan Qala istiqamətinə magistral su kəmərinin çəkilməsi və şəhərin şərq hissəsində əlavə su həcmləri yaratmaqla fasiləylə su alan əraziləri fasiləsiz su rejiminə keçirməyi planlaşdırırıq.

Lumu Zülfüqarova 



Paylaş
Şərh əlavə et