Misli Premyer Liqasının 12-ci turunun son günündə baş tutan matçdan sonra ''Neftçi''-nin baş məşqçisi Samir Abbasov vəzifədən azad olunub.
23 noyabr tarixində baş tutan ''Neftçi''-'' İmişli'' oyununu daha öncədən aldığı 4 matçlıq cəza səbəbilə tribunadan izləyən Samir Abbasovun komanda məğlub olduqdan sonra qovulduğu iddia edilir. Qeyd edək ki, 3:2 hesabı ilə başa çatan oyundan sonra mətbuat konfransında onun yerinə məşqçi Mübariz Orucov iştirak edib. Komandaya yeni məşqçi kimi ukraynalı Yuri Vernidubun gələcəyi gözlənilir. Bəzi mənbələrdə isə Türkiyədən mütəxəssis gətiriləcəyi bildirilib.
Yaxın müddətdə ''ağ-qara''-ların üzərindəki bu tutqun buludların dağılacağına ümid edirik.
Zeynəb Şahmarova
