Bu gün:

İki lord Lordlar Palatasından uzaqlaşdırılır


İki lord "ödəniş və ya mükafat" qarşılığında parlament xidmətləri göstərməklə bağlı qaydaları pozduğuna görə Lordlar Palatasından uzaqlaşdırılacaq.


Keçmiş Ordu rəisi Lord Rişard Dannatt və iş adamı Vatfordlu Lord Evans müvafiq olaraq dörd və beş aylıq uzaqlaşdırılma ilə üzləşirlər.

Lordlar Palatasının standartlara nəzarət orqanı Guardian qəzetinin gizli əməliyyatından sonra bu iki şəxslə bağlı ayrıca araşdırmalara başlayıb.

Hər iki lord Standartlar Komissiyasının qərarından və ya sanksiyalardan apellyasiya şikayəti verməyib, bu sanksiyalar Lordlar Palatası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et