Bu gün:

İsrail ordusunda gərginlik baş verib


İsrailin oktyabrın 7-də həyata keçirdiyi "Əqsa tufanı" əməliyyatına görə bəzi yüksək rütbəli hərbçilərini işdən çıxaracağı bildirilir.



Fransanın AFP xəbər agentliyi İsrail ordusunda xidmət edən generalların vəzifələrindən uzaqlaşdırıldığını bildirib. AFP-nin məlumatına görə, İsrail oktyabrın 7-də HƏMAS-ın “Əqsa tufanı” əməliyyatı səbəbindən bir neçə yüksək rütbəli hərbçini vəzifələrindən uzaqlaşdırıb.


Generalların işdən çıxarılması ilə bağlı qərarı İsrail Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. Zamir izah edib ki, generallar tutduqları vəzifələrdən uzaqlaşdırılıb və İsrail ordusunun “mülki insanları müdafiə etmədiyi” üçün töhmət verilib.


Mənbə: Hürriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et