Bu gün:

İsrail Livana sui-qəsd hücumu edib


İsrail ordusu atəşkəsi pozaraq Livanın paytaxtı Beyruta hava hücumu həyata keçirib. 

İsrail Baş naziri Binyamin Netanyahu bildirib:

“Bir müddət əvvəl İsrail ordusu Beyrutun mərkəzində təşkilatın hərbi güclənməsini və silahlanma səylərini yönləndirən Hizbullah liderini vurdu. Baş nazir Netanyahu müdafiə naziri və baş qərargah rəisinin tövsiyəsi əsasında hücum əmri verdi. İsrail məqsədlərinə çatmaq üçün hər yerdə və hər zaman hərəkət etməyə qərarlıdır”.

Livan Səhiyyə Nazirliyinin yazılı açıqlamasında hücumda ilkin məlumata görə 5 nəfərin həyatını itirdiyi, 28 nəfərin yaralandığı bildirilib.

Bundan əlavə, hücumdan sonra Beyrut səmasında pilotsuz uçuş aparatlarının (PUA) aşağı hündürlükdə uçuşlarını davam etdirdiyi müşahidə olunub.

Mənbə: haberler.com

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et