İngiltərədə hökumət Londrada turist vergisinin tətbiqinə imkan verən yeni qanun layihəsi hazırlayıb. Qanun qəbul edilərsə, şəhərdə gecələyən turistlərdən rəsmi şəkildə vergi tutulacaq. Bu addımın yerli büdcəyə əlavə maliyyə vəsaiti gətirməsi gözlənilir.

Aparılan hesablamalara əsasən, tətbiq ediləcək turist vergisi London üçün illik təxminən 240 milyon funt gəlir formalaşdıra bilər. Dünyanın bir çox böyük şəhərlərində olduğu kimi, verginin sabit məbləğ və ya faiz əsasında hesablanması təklif olunur. Bununla yanaşı, turizm sektoru nümayəndələri verginin həm xarici, həm də yerli ziyarətçilərə əlavə yük yaradacağını bildirib.
Yerli idarələr turist vergisinin şəhərin iqtisadi inkişafına və infrastrukturun yaxşılaşdırılmasına töhfə verəcəyini vurğulayıb. Tətbiqin Londonda xidmət yükünün daha ədalətli paylaşlılacağı qeyd olunub. Ümumilikdə mütəxəssislər mülayim vergi modelinin şəhərin beynəlxalq rəqabət gücünə mənfi təsir etməyəcəyini düşünürlər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
