ABŞ və Ukrayna nümayəndələri Cenevrədə keçirilən sülh danışıqlarında Ukrayna müharibəsi ilə bağlı hazırlanan sülh planı üzərində “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu açıqlayıblar.
Görüş zamanı tərəflər təhlükəsizlik təminatları, sərhəd məsələləri və humanitar vəziyyətlə bağlı əsas istiqamətləri müzakirə ediblər.
ABŞ rəsmiləri bildiriblər ki, müəyyən razılaşdırılmış məqamlar olsa da, danışıqların yekun nəticə verməsi üçün “bir qədər daha çox vaxta ehtiyac var”. Ukrayna tərəfi isə vurğulayıb ki, hər hansı sülh razılaşması ölkənin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qoruyub saxlamalıdır.
Cenevrədə aparılan diplomatik proses beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ekspertlərin fikrincə, əldə olunan irəliləyiş regional sabitlik üçün müsbət addım sayılsa da, əsas məsələlərdə tam razılıq əldə olunana qədər prosesin həssaslığı qalmaqda davam edir.
Mənbə: News.sky.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
