Real Madrid-in prezidenti Florentino Perez bazar günü keçirilən ümumi yığıncaqda klubun mülkiyyət strukturunda dəyişiklik edərək yeni törəmə şirkət yaratmağı və həmin şirkətin 5%-lik payını xarici investora satmağı təklif edib.

Perez bildirib ki, bu dəyişikliyin həyata keçirilməsi üçün yaxın vaxtlarda fövqəladə ümumi yığıncaq və referendum keçiriləcək. Klubun nizamnaməsində müvafiq dəyişikliklər etmək planlaşdırılır.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
