Bu gün:

İrlandiyanın baş naziri müxbirin suallarını cavablandırmayıb


İrlandiyanın baş naziri Micheal Martin müxbirinin Rusiya ilə bağlı sualından sonra G20 sammitində keçirdiyi mətbuat brifinqini tələsik bitirib. Hadisənin görüntüləri nəşrin Telegram kanalında yayımlanıb.

Martin digər jurnalistlərin suallarını cavablandırıb, lakin Rusiya televiziyası nümayəndəsinin şərhindən dərhal sonra suala cavab verməyib, cəld gedib. Siyasətçinin köməkçisi baş nazirin qəfil gedişini “çox sıx iş qrafiki” ilə əlaqələndirib.

Bu sammitdə yeganə hadisə olmayıb:  Hollandiyanın baş naziri Dik Şof çıxışından bir qədər əvvəl yoxa çıxıb. Onun yerinə maliyyə naziri Eelko Heinen çıxış edib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et