Bu gün yerli vaxtla saat 18:00-da "Beşiktaş" və "Samsunspor" komandaları üz-üzə gələcək.
Sergen Yalçının rəhbərliyi altında məğlubiyyətə dözə bilməyən “ağ-qaralar” Qaradəniz təmsilçisi qarşısında 3 xal qazanmağı hədəfləyir. Beynəlxalq fasiləyə qələbə ilə yollanan “Qara Qartallar” ardıcıl ikinci qələbəsini almaq istəyir. Tomas Rəisin rəhbərliyi altında bu mövsümə damğasını vuran Samsunspor da ardıcıl üçüncü qələbəsini gözləyir.
Mənbə: Fotomaç
Tərcümə etdi: Zeynəb Şahmarova
