Bu gün:

Hanoidə Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı keçirilib


Vyetnamın paytaxtı Hanoidə "Trip of Flavors"- "Beş qitə üzrə dad səyahəti" devizi altında Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı  keçirilib. İki gün davam edən tədbirə dünyanın müxtəlif ölkələrindən diplomatlar, aşpazlar, mədəniyyət nümayəndələri və minlərlə ziyarətçi qatılıb.

Festival çərçivəsində 50 ölkənin səfirlikləri və 128-dən çox stend ənənəvi yeməklərini, mətbəx irsini və milli mədəniyyətlərini təqdim edib. Təşkilatçılar bildiriblər ki, tədbirin məqsədi müxtəlif xalqların kulinariya ənənələrini bir araya gətirərək mədəni diplomatiyanı gücləndirməkdir.

Bu il festivalda rəqəmsal təcrübələr də diqqət çəkib. "Digital Interactive Corner" zonasında ziyarətçilər interaktiv xəritə, ölkələrin mətbəxləri haqqında məlumat və multimedia təqdimatları ilə tanış ola biliblər. Proqram çərçivəsində "Fashion Food Show", "Global Beer Fest", "Borderless Cuisine Diary" kimi tematik bölmələr, eləcə də Vyetnamın üç regionuna həsr edilmiş xüsusi pavilyonlar təşkil edilib.

Festival həmçinin xeyriyyə məqsədi daşıyıb - toplanan vəsait sel fəlakətindən zərər çəkmiş icmalara yönəldiləcək.

Mənbə: vietnam.vn

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et