Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Liderlər Sammitinin bəyannaməsi açıqlanıb. Bəyannamə münaqişə zonalarında ədalətli və davamlı sülhə çağırıb.

Yohannesburq Sərgi Mərkəzində (NASREC) keçirilən sammit “Həmrəylik, bərabərlik və davamlılıq” mövzusu ilə keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı sammitin gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə, fəlakətlərə davamlılıq, təmiz enerjiyə ədalətli keçidin maliyyələşdirilməsi, aşağı gəlirli ölkələr üçün borcun davamlılığının təmin edilməsi kimi mövzular yer alıb.
“Təbii fəlakətlər qeyri-mütənasib şəkildə əlverişsiz bölgələrə təsir edir”.
G20 Liderlər Zirvəsi bəyannaməsində "Sudan, Konqo Demokratik Respublikası, işğal olunmuş Fələstin əraziləri və Ukraynada ədalətli, hərtərəfli və davamlı sülh üçün çalışacağıq" ifadə edilib.
Mənbə: Trt Xəbər
Tərcümə etdi: Nəzrin Nəsirova
