Bu gün:

SI üzrə mütəxəssislər yaxınlarına ondan uzaq durmağı tövsiyə edir


Süni intellekt sahəsində çalışan bir çox mütəxəssis gündəlik olaraq SI modellərini təhlil etsə də, öz yaxınlarına bu texnologiyadan ehtiyatla istifadə etməyi məsləhət görür. Onların sözlərinə görə, şirkətlərin “keyfiyyətdən çox sürətə önəm verməsi” təhlükəsizlik məsələlərini kölgədə qoyur. "Amazon Mechanical Turk" platformasında işləyən Krista Pawloski bunu şəxsi təcrübəsində hiss edib. O, müxtəlif şirkətlər üçün SI-nin yaratdığı mətnləri, şəkilləri və videoları qiymətləndirir, həmçinin fakt yoxlaması və məzmun moderasiyası aparır.

Pawloski iki il əvvəl aldığı tapşırıqların birində tvitlərin “irqçilik olub-olmamasını” müəyyənləşdirirdi. Qarşısına çıxan “Listen to that mooncricket sing” ifadəsi ona əvvəlcə zərərsiz görünsə də, araşdırdıqdan sonra “mooncricket” sözünün afroamerikalılara qarşı istifadə olunan irqi təhqir olduğunu öyrənib. Bu hadisə onun SI etikasına baxışını dəyişən an olub.

Mütəxəssislər bildirir ki, SI sistemlərini daha etibarlı göstərən elə o sistemləri hazırlayanlar olsa da, bu insanların özlərinin modellərə etibarı çox aşağıdır. Onların fikrincə, səbəb aydındır: şirkətlər üçün “sürət – təhlükəsizlikdən daha vacibdir".

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva


Paylaş
Şərh əlavə et