Bu gün:

Real Madrid klubunun tarixi



1895-ci ildə "Futbol Səması" adı ilə təməli qoyulan "Los Qalaktikos" 111 il əvvəl, 6 mart 1902-ci ildə bugünkü "Real Madrid" olmaq yolunda ilk addımını atdı və 18 il "Madrid FK" adlandırıldı. 1920-ci ildə İspaniya Kralı XIII Alfonso tərəfindən "Real" (Kral) titulu ilə taclandı və o tarixdən bəri "Real Madrid CF" adı ilə dünyanın ən böyük klublarından biri oldu.

"Real Madrid" matçlarını 1947-ci ildə "Estadio Chamartin" adı ilə tikilən və 1955-ci ildə klubun əfsanələrindən olan Santyaqo Bernabeunun adını daşıyan "Estadio de Bernabeu"da keçirir. 90 min adam tutumlu bu futbol sığınacağında saysız-hesabsız uğurlar əldə olunub, yüzlərlə ulduz "Real Madrid" forması geyinib.

 "Real Madrid" yarandığı gündən gücün, uğurun və şöhrətin simvoluna çevrilməyi bacarıb. Bir gün bu komandanın formasını geyinə bilmək ulduz futbolçuların həmişə arzusu olub. Florentino Peresin ilk prezidentliyi dövründə komandanın adı "Los Qalaktikos" olanda "Real Madrid" formasını geyinənlər kimdir? Zidan, Beckham, Figu, Van Nistelrooy və bir çoxları...

2009-2010 mövsümündə yenidən prezidentliyə gələn Peres ilk dönəmində də sensasiyalı transferlərinə yenilərini qatmağa davam etdi. Xüsusilə, Kriştiano Ronaldonun transferi "Real Madrid" adının böyüklüyünün göstəricisi oldu. Sərhədsiz maliyyə imkanları, çətin əldə edilən nailiyyətlər, nüfuzlu prezident, dünyanın ən məşhur futbolçuları illərdir bu klubla bağlı olublar. Bəzilərinə görə "Los Qalaktikos", bəzilərinə görə "Kral Komandası", bəzilərinə görə futbolun qatili, bəzilərinə görə sənaye futbolunun memarı. Kim nə deyirsə desin, "Real Madrid" 111 ildir futbol deyincə ilk ağla gələn adlardan biri olmağı bacarıb.

Mənbə: Fanatik.tr

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et