Bu gün:

Neymarın arzuladığı qayıdış kabusa çevrilib


Neymarın geri dönüşündən az müddət sonra Santos ağır böhrana düşüb. Komanda Serie A-da düşmə təhlükəsi yaşayır, borcları 150 milyon avronu keçib və ulduz futbolçunun davranışı komandanı parçalayır.

Klub həyatını xilas etmək üçün kapitalının 90%-ni satmağı planlaşdırır və proses üçün hüquqşünas Rodrigo Monteiro de Kastro ilə işləyir. Santos 346 milyon avro qiymətləndirilir və artıq BlueCo (Chelsea), QSI və Səudiyyə Ərəbistanının investisiya fondu kimi nəhənglər maraq göstərib.

112 ildə heç vaxt liqadan düşməyən Santos üçün yaxın günlər klub tarixinin ən kritik dövrü ola bilər.

Mənbə: Tribuna.com

Tərcümə etdi: Mələk Nəsirli




Paylaş
Şərh əlavə et