Türkiyədə 2026-cı il minimum əməkhaqqı ilə bağlı hazırlıqlar davam edərkən, dekabr ayında toplanacaq Minimum Əməkhaqqı Təyin Komissiyasının 20 faizdən 30 faiz yuxarıya qədər dəyişən artım variantlarını qiymətləndirməsi gözlənilir. Hazırda net 22.104 TL olan minimum əməkhaqqı üçün müzakirə masasında olan rəqəmlər 26 min TL ilə 29 min TL arasında dəyişir.
2026-cı ildə tətbiq olunacaq minimum əməkhaqqı ilə bağlı proses rəsmi şəkildə başlayır. Hazırda net 22.104 TL olan minimum əməkhaqqının yeni ildə nə qədər artırılacağı dekabr ayında keçiriləcək görüşlər zamanı müəyyən olunacaq. İqtisadi vəziyyət, inflyasiya gözləntiləri və Mərkəzi Bankın ilin sonu proqnozları əsasında masada 20 faizdən 33 faizə qədər müxtəlif artım variantları mövcuddur.
Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan komissiyanın dekabr ayında bir araya gələcəyini qeyd edərək, "Tərəflərin razı qalacağı bir səviyyəni hədəfləyirik" deyib. Komissiyanın dekabr ayının ilk həftəsində ilk iclasa başlaması, daha sonra ən az iki görüş keçirərək ili bitmədən yeni minimum əməkhaqqını açıqlaması gözlənilir.
Mərkəzi Bankın son inflyasiya hesabatında ilin sonu ÜFE proqnozu 31–33 faiz aralığında göstərilir. Bu göstərici işçi kəsiminin "minimum əməkhaqqı ən azı faktiki inflyasiya qədər artırılmalıdır" tələbinə güc verir. Lakin ötən il artım müəyyən edilərkən faktiki inflyasiya deyil, hədəflənən inflyasiya nəzərə alınmışdı. Bu il də bənzər yanaşmanın gündəmdə olduğu qiymətləndirilir.
İqtisadiyyat idarəçiliyi 2026-cı il üçün 13–19 faiz aralığında inflyasiya hədəfləyir.
Mənbə: Haberler.com
Tərcümə etdi: Turqut Ansari
