Bu gün:

İsrailin hücumları davam edir


İsrail ordusu 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəsə baxmayaraq, Livana hücumlarını davam etdirir. 

İsrail ordusu 2023-cü ilin oktyabrında Livana hücuma başlayıb və 2024-cü ilin sentyabrında bu hücum genişmiqyaslı müharibəyə çevrilib. 4000-dən çox insan həlak olub və təxminən 17.000 nəfər yaralanıb. Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bunu dəfələrlə pozduğu bildirilib.

İsrail 2023-cü il oktyabrın 8-dən sonra Livanda ələ keçirdiyi beş təpəni işğal etməkdə davam edir, eyni zamanda onilliklər ərzində saxladığı bəzi ərazilərdə varlığını qoruyur.

Səhiyyə Nazirliyi 27 noyabr 2024-cü il və 20 noyabr 2025-ci il tarixləri arasında İsrailin atəşkəsi pozaraq Livana etdiyi hücumlar nəticəsində 331 nəfərin öldüyünü, 945 nəfərin yaralandığını açıqlayıb.

Mənbə: Son dakika

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et