Bu gün:

COP30-da yekun sənəd ətrafında dərin fikir ayrılığı


Braziliyanın Belém şəhərində davam edən COP30 iqlim sammitində danışıqlar yenidən çətin mərhələyə daxil olub.

Ölkələr fosil yanacaqların mərhələli şəkildə dayandırılması ilə bağlı bənd üzrə razılığa gələ bilmir. Bir çox dövlətlər bunu iqlim böhranının qarşısını almaq üçün əsas addım kimi qiymətləndirir, lakin neft və qaz istehsal edən ölkələr bu yanaşmanın iqtisadi təsirlərindən narahat olduqlarını bildirir.

Müzakirələrin uzanması yekun sənədin qəbulunu qeyri-müəyyənləşdirir və sammitin hədəflərinə çatmaq imkanlarını zəiflədir. Ekspertlər bildirirlər ki, qəbul ediləcək qərar qlobal iqlim siyasətinin gələcək kursunu müəyyən edəcək və ölkələrin üzərinə yeni öhdəliklər qoyacaq. Danışıqlarda gərgin atmosferin davam etməsi isə COP30-un nəticələrinin əvvəlcədən proqnozlaşdırılmasını çətinləşdirir.

Mənbə: Theguardian.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et