Bu gün:

İsrailin energetika və infrastruktur naziri ilə görüş keçirilib


İqtisadiyyat nazirliyinin verdiyi məlumata istinadən, 24Media xəbər verir ki, İsrailin energetika və infrastruktur naziri ilə görüşdə enerji  üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.

İsrailə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb. 

Görüşdə ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığının qurulduğu diqqətə çatdırılıb. Enerji və su sektorları üzrə işbirliyinin daha da gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. 

 Asiya Zeynallı

Paylaş
Şərh əlavə et