COP30 iqlim sammitində danışıqların gedişi gözlənildiyindən daha mürəkkəb vəziyyət alıb.
Onlarla ölkə yekun qətnaməni bloklamaqla hədələyərək bildirir ki, sənədə fosil yanacaqların mərhələli şəkildə ləğvinə dair konkret yol xəritəsi daxil edilməlidir. Müzakirələr zamanı tərəflər arasında ortaq mövqenin formalaşmaması danışıqların iflasa uğrama ehtimalını artırır.
Ekspertlərin sözlərinə görə, sammitin nəticəsiz qalması qlobal iqlim siyasətinə ciddi təsir göstərə bilər. Bu, xüsusilə karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinə keçid və dövlətlərin iqlim öhdəliklərinin gələcək taleyi baxımından kritik məsələ kimi qiymətləndirilir.
Hazırkı vəziyyət COP30-un son illərin ən çətin beynəlxalq iqlim görüşlərindən birinə çevrildiyini göstərir. Tərəflərin qarşılıqlı razılığa gəlməsi həm siyasi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.
Mənbə: Reuters.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
