Bu gün:

Neymar üç ay fasilədən sonra yenidən qol sevinci yaşayır


Neymar nəhayət ki, qol hesabını açıb. Çərşənbə axşamından çərşənbə gününə keçən gecə braziliyalı ulduz futbolçu üç aydan artıq müddətdən sonra ilk qolunu vurub.

Buna baxmayaraq, "Santos" qələbəni əldən verib və hələ də liqadan düşmə təhlükəsi altındadır. "Mirassol"a qarşı matç yaxşı başlayıb. Artıq 4-cü dəqiqədə Neymar rəqibin zəif müdafiə etdiyi künc zərbəsindən yararlanaraq hesabı açıb. Bu, mövsümdə onun cəmi dördüncü qolu olub. Neymar bud nahiyəsindən aldığı zədədən sonra formaya qayıtmaqda davam edir.

Lakin "Santos" üstünlüyünü qoruya bilməyib. 61-ci dəqiqədə Reynaldo penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib - 1:1. Bununla belə, bu heç-heçə nəticəsində "Santos" 34 turdan sonra 37 xalla nəhayət ki, düşmə xəttindən uzaqlaşıb. Mövsümün sonu gərgin keçəcək, amma Neymar həlledici dönəmdə formasını tapmağa başlayır.

Mənbə: Foot Africa

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş