ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya ilə gizli danışıqlar apardığı və dörd hissədən ibarət 28 maddəlik sülh planı hazırladığı iddia edilib.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının bu məqsədlə Rusiya ilə gizli danışıqlar apardığı məlum olub. Amerika xəbər saytı "Axios"a danışan Amerika və Rusiya rəsmiləri intensiv işlərin aparıldığını təsdiqləyərək 28 maddəlik plan layihəsinin hazırlandığını bildiriblər. Hesabatda planın dörd kateqoriyaya bölündüyü bildirilib: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropa təhlükəsizliyi və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Planın Ukraynanın şərqindəki ərazi nəzarəti kimi vacib məsələləri necə həll edəcəyi hələ məlum olmasa da, Trampın Qəzza üçün hazırladığı model müqavilədən ilhamlandığı bildirilib.
Mənbə: CNN türk
Tərcümə etdi: Aygül Alıyeva
