2010-cu illərdə məşhur olan qısa video tətbiqi Vine illər sonra “diVine” adı ilə yenidən istifadəyə açılıb.

Yeni tətbiq, Vine bağlanmadan əvvəl saxlanılmış təxminən 150 min köhnə videonu istifadəçilərə təqdim edir. İstifadəçilər yenidən əvvəlki kimi 6 saniyəlik videolar çəkib paylaşa biləcəklər.
Layihənin tərtibatçısı Evan Henshaw-Plath bildirib ki, arxiv böyük həcmli məlumat fayllarından çıxarılıb və köhnə profillər mərhələli şəkildə bərpa olunur.
Süni intellekt təhlükəsizliyi tətbiq olunacaq
diVine, süni intellekt tərəfindən yaradılan videoların qarşısını almaq üçün xüsusi yoxlama sistemi istifadə edir. Guardian layihəsinin texnologiyası vasitəsilə videoların həqiqi istifadəçi tərəfindən çəkildiyi təsdiqlənir. Şübhəli və ya süni görünən videolar avtomatik olaraq silinir.
Twitter-in qurucusu Cek Dorsinın dəstəklədiyi layihə, Elon Maskın vaxtilə Vine-ı geri qaytaracağına dair açıqlamasından fərqli olaraq, real şəkildə istifadəyə verilib.
diVine tətbiqi artıq iOS və Android cihazları üçün əlçatandır.
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
