WhatsApp yeni beta versiyasında çoxlu hesab funksiyasını aktiv edib. Artıq istifadəçilər eyni iPhone-da iki WhatsApp hesabı arasında rahat keçid edə biləcəklər.
![]()
İndiyə qədər bunun üçün WhatsApp Business və ya müxtəlif hiylələrdən istifadə olunurdu, lakin yeni xüsusiyyət bunu rəsmi şəkildə tətbiqə daxil edir. Parametrlər bölməsində hesab siyahısı adlı yeni seçim görünəcək və buradan əlavə hesab yaratmaq və ya mövcud hesabı qoşmaq mümkün olacaq.
Hər hesabın öz chat tarixçəsi, backup ayarları və bildiriş səsləri ayrı saxlanılacaq. Bildirişlərdə də mesajın hansı hesaba aid olduğu göstəriləcək.
Funksiyanın nə zaman hamı üçün istifadəyə veriləcəyi hələ məlum olmasa da, testlər onun tezliklə təqdim ediləcəyini göstərir.
Mənbə: 9to5mac
Tərcümə etdi: Nərmin Məmmədzadə
