Bu gün:

Berlin Rəqəmsal Sammitində süni intellekt sahəsində 18 yeni tərəfdaşlıq yaradılıb


24media.az Azərtac-a istinadən bildirir ki, Sammitdə Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron iştirak ediblər.

F.Merts və E.Makron çıxışlarında Avropanın rəqəmsal suverenliyinin strateji əhəmiyyətini vurğulayıblar.

Almaniya Kansleri bildirib ki, rəqəmsal suverenlik Avropa, eləcə də onun ümumi dəyərləri, iqtisadi rəqabətqabiliyyəti, təhlükəsizliyi və müdafiəsi üçün mərkəzi rol oynayır. Almaniya və Fransa birlikdə Avropa İttifaqının rəqəmsal suverenliyini gücləndirmək və dövlət idarələrində Avropa istehsalı olan rəqəmsal həlləri tətbiq etmək üçün liderlik edəcək.

Hər iki lider Avropanın innovativ süni intellekt texnologiyalarında liderliyinin vacibliyini bildirib.

Sammit çərçivəsində Almaniya, Fransa və Avropanın digər ölkələrini təmsil edən şirkətlər 12 milyard avrodan çox investisiya və innovasiya tərəfdaşlığı barədə razılığa gəlib. Süni intellekt sahəsində ümumilikdə 18 yeni tərəfdaşlıq yaradılıb ki, bunların arasında müdafiə texnologiyaları və bioloji superintellekt layihələri də var.

Turqut Ansari

Paylaş
Şərh əlavə et