Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyi (The Met) 2026-cı ilin bahar sərgisi üçün "Costume Art" ("Kostyum Sənəti") adlı mövzunu təqdim edib. Sərgi geyimin incəsənət tarixindəki rolunu və mədəniyyətlə əlaqəsini nümayiş etdirməyi hədəfləyir.

Sərgi 10 may 2026-cı ildə açılacaq və 10 yanvar 2027-ci ilədək davam edəcək. Bu, muzeyin yeni genişləndirilmiş Condé M. Nast Qalereyasının ilk böyük layihəsidir.
Kurator Endryu Boltona görə, sərgi bədənin və geyimin mədəni simvol kimi necə formalaşdığını göstərir. Layihə həmçinin Met Gala 2026 üçün rəsmi mövzu olacaq.
Mənbə: apnews
Tərcümə etdi: Zəhra Məlikova
