Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata istinadən, 24media.az xəbər verir ki, fəaliyyət sahələri üzrə elektron xidmətlərə bu ilin yanvar–oktyabr aylarında 22 milyon müraciət edilib.

Həmin dövrdə “e-sosial” portalına isə 218 min nəfərin istifadə etdiyi, 14 milyon dəfə istifadə olunduğu qeyd edilib. Ümumən, son illərdə elektron infrastrukturun geniş imkanlara malik “e-sosial” portalında proaktiv qaydada həyata keçirilən Nazirlik xidmətlərinin 90 faizi çox yüksək fəaliyyət göstərir. Eləcə də proaktiv xidmətlər, o cümlədən Əmək və Məşğulluq sistemləri ilə inteqrasiya olunmaqla həyata keçirilir.
Sorğular da daxil olmaqla ilin 10 ayı ərzində elektron sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 399 milyon olub.
Asiya Zeynallı
