Bu gün:

Vətəndaş müraciətlərinin statistikası elan edilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az istinad edir ki, Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 087 vətəndaş müraciəti daxil olub.


Müraciətlərin 12 531-i çağrı mərkəzləri, 2 316-sı elektron, 869-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 371 müraciət qeydə alınıb.  


Müraciətlər olimpiada və müsabiqələr, eksternat imtahanı, direktorların işə qəbulu imtahanı, xarici diplomun təsdiqi və digər məsələlərlə bağlı olub.


Rəna Qarayeva 

Paylaş
Şərh əlavə et