Bu gün:

Qlobal bazarlarda satış təzyiqi artıb, bitcoin kəskin dəyər itirib


Qlobal maliyyə bazarlarında riskli aktivlərdən uzaqlaşma sürətlənib və investorların satışları güclənib.

Bu proses həm səhm bazarlarında, həm də kriptovalyuta sektorunda ciddi dalğalanmaya səbəb olub. Xüsusilə bitcoin kəskin ucuzlaşaraq 7 ayın ən aşağı səviyyəsinə enib və bazarda narahatlığı daha da artırıb.

Analitiklərin sözlərinə görə, bu vəziyyət qlobal iqtisadi görünüşdəki qeyri-müəyyənlik, faiz dərəcələri ilə bağlı gözləntilər və investorların riskli aktivlərdən çəkilməsi ilə bağlıdır. Gərginlik artdıqca şirkətlərin gəlir gözləntiləri də təzyiq altında qalıb, nəticədə, bazarlarda satış dalğası genişlənib.

Kriptovalyuta bazarında yaranan bu eniş, xüsusilə institusional investorların ehtiyatlı davranmağa başlaması və bazara olan inamın zəifləməsi fonunda daha da dərinləşib. Ekspertlər bildirirlər ki, yaxın günlərdə maliyyə bazarlarında dəyişkənliyin davam etməsi gözlənilir və investorların ehtiyatlı mövqeyi bazar dinamikasını müəyyən edəcək.

Mənbə: Bloomberg.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et