24media.az Azərtac-a istinadən bildirir ki, Monqolustanda 132 ölkədən 37 min 939 nəfər xarici vətəndaş yaşamaq üçün qeydiyyatdan keçib.
AZƏRTAC Monqolustanın MONTSAME informasiya agentliyinə istinadla xəbər verir ki, əcnəbilər əsasən Çin Xalq Respublikası (24 626), Rusiya Federasiyası (2 720), Koreya Respublikası (1 594), ABŞ (1 004) və digər ölkələrin (7 995) vətəndaşlarıdır. Ümumi xarici vətəndaşlardan 537 nəfər rəsmi, 21 min 723 nəfər biznes, 5 min 87 nəfər təhsil məqsədilə Monqolustanda yaşayır. 1 769 nəfər immiqrasiya, 141 nəfər dini, digərləri isə şəxsi məqsədlər üçün bu ölkəni seçib.
Son beş ildə Monqolustanda rəsmi və ya şəxsi yaşayış icazəsi olan xarici vətəndaşların sayı 23 min nəfər artıb.
Turqut Ansari
