Bu gün:

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumat sessiyası keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumat sessiyası keçirilib.2026-cı il mayın 17-dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru çıxış edib və “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbaxın videomüraciəti təqdim olunub. Sessiyanın keçirilməsində məqsəd WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir.

WUF13-ün milli koordinatoru Anar Quliyev qlobal əhəmiyyətli Forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksəksəviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib. O vurğulayıb: “WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək”

Turqut Ansari

Paylaş
Şərh əlavə et