Bu gün:

İxrac olunan polietilenin həcmi açıqlanıb


24media.az Azərtac-a istinadən bildirir ki, Yanvar-oktyabr aylarında Azərbaycandan polietilen ixracı 5,15 faiz artaraq 113,9 min ton olub.Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 125,583 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin eyni aylarında 121,6 milyon dollarlıq 108,3 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Turqut Ansari

Paylaş
Şərh əlavə et